Paşinyanın "kilsədə şam" əməliyyatı - Ruhanilərdən "xəstəsən?" reaksiyası
Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsənin vergiyə cəlb edilməsi təklifi ruhanilərin narazılığı ilə qarşılanıb.
SAVASHMEDİA.az erməni KİV-nə istinadla xəbər verir ki, Paşinyan kilsələrdə satılan şamlara görə çeklərin təqdim olunmasını təklif edib.
O, bunu iqtisadi şəffaflığın təmin edilməsi zərurəti ilə izah edib və bu erməni ruhanilərin kəskin etirazlarına səbəb olub.
Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının primatı Mikael Adjapaxyan Paşinyanın təklifini "xəstə ağılın meyvəsi" adlandırıb:
“Heç bir ölkədə belə bir şey yoxdur. B, xəstə ağlın meyvəsidir. Baş nazir zəhmət çəkib, kilsə şamlarının çeklərlə satıldığı bircə ölkənin adını çəksin. Bu, nə mənasız söhbətdir?"
Oğuz