"Makrondan xoşum gəlir, amma sözünün çəkisi yoxdur" - Tramp

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını rədd edib.

Jul 25, 2025 - 20:08
"Makrondan xoşum gəlir, amma sözünün çəkisi yoxdur" - Tramp

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” - Tramp Ağ Evdə jurnalistlərə deyib.

Qeyd edək ki, Emmanuel Makron sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.