“Avropa yeni güc mərkəzi yaratmalıdır” – Hakan Fidan

Avropa yeni güc mərkəzi formalaşdırmaqla ABŞ prezidenti Donald Trampın  Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə cavab verməlidir.

Mar 6, 2025 - 14:11
“Avropa yeni güc mərkəzi yaratmalıdır” – Hakan Fidan

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” nəşrinə müsahibəsində deyib.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, Trampın hərəkətləri hamı üçün həyəcan siqnalıdır: “Birləşməli və öz güc mərkəzimizi yaratmalıyıq”.

Hakan Fidan onu da qeyd edib ki, NATO-nun “dağılacağı” təqdirdə Türkiyə yeni Avropa təhlükəsizlik memarlığının bir hissəsi olmağa hazır olacaq.

Xatirə SADİQ