“Putin uduzub, çünki Ukraynanı qul dövlətə çevirə bilmədi” – Boris Conson 

Britaniyanın keçmiş baş naziri Boris Conson hesab edir ki, Rusiya prezidenti Vladimir Putin uduzub.

Feb 27, 2025 - 11:41
“Putin uduzub, çünki Ukraynanı qul dövlətə çevirə bilmədi” – Boris Conson 

SAVASHMEDİA.az xəbər verir ki, britaniyalı siyasətçi bu barədə ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

O, deyib ki, əgər Trampın yerində olsaydı, bunu Putinin üzünə söyləyərdi. 

“Mən Putinə deyərdim: “Sənin əsas ideyan Ukraynanı qul dövlətə, yenidən Rusiya imperiyasının bir hissəsinə çevirmək idi. Mənim dövrümdə bu, heç bir vaxt olmayacaq. Və istənilən Amerika prezidentinin dövründə həmçinin. Odur ki, taleyinlə barış və hər şeyin bitdiyini etiraf et”. Bunu sübut etmək üçün Ukraynanın təhlükəsiz sərhədləri olan kimi onun NATO-ya qoşulması prosesinə başlayacağıq. Və əgər Rusiya Federasiyasının davam edən işğalı səbəbindən hələ də Ukraynanı tam şəkildə qəbul edə bilməsək, 1950-ci illərdəki Almaniya ilə etdiyimiz kimi hərəkət edəcəyik. O zaman bütün Almaniya NATO-ya daxil deyildi”, - deyə Boris Conson vurğulayıb.

Xatirə SADİQ