Fransa bu sahədə ABŞ-ni əvəz edə bilər – “O olmasın, bu olsun!”

ABŞ Ukraynaya kəşfiyyat məlumatı mübadiləsini və silah tədarükünü dayandırandan sonra Fransa hökuməti bu sahədə öz dəstəyini təklif edib.

Mar 6, 2025 - 13:54
Fransa bu sahədə ABŞ-ni əvəz edə bilər – “O olmasın, bu olsun!”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib ki, ölkəsinin təhlükəsizliyini və müdafiəsini qorumaq üçün Ukraynaya bütün lazımi kəşfiyyat məlumatları verməyə hazırdırlar.

Müdafiə naziri diqqətə çatdırıb ki, bu təklif cari hadisələr fonunda aktuallığını qoruyur. 

Qeyd edək ki Vaşinqtonun Ukraynaya kəşfiyyat məlumatları mübadiləsi və silah tədarükünü dayandırması Kiyevin narahatlığına səbəb olub. 

Xatirə SADİQ