Rusiyaya satılan çayların üzərindəki yazılarla bağlı açıqlama - "Cavab verəcəksiniz"  

Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən "Azerçay" məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur. 

Jul 25, 2025 - 19:54
Jul 25, 2025 - 22:06
Rusiyaya satılan çayların üzərindəki yazılarla bağlı açıqlama - "Cavab verəcəksiniz"  

Qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib. Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir”.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə demokrat.az-a “Azərsun Holdinq”dən məlumat verilib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiyada satılan “Azərçay”ın üzərində “Azərçay – Rusiyanı incitmə”, “Azərçay – Rusiya cavab verəcək, sən əsəbləşmə” kimi ifadələrin yer aldığı qeyd edilmişdi.