Məşhur türk aktrisa xristianlığı qəbul etdi – Keşişlə ailə qurdu - FOTOLAR

Türkiyənin məşhur aktrisalarından olan Meltem Miraloğlu ABŞ-də keşişlə ailə qurub.

Dec 16, 2025 - 17:22
Məşhur türk aktrisa xristianlığı qəbul etdi – Keşişlə ailə qurdu - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, 38 yaşlı aktrisa vəftiz olunaraq xristianlığı qəbul edib. Daha sonra isə kilsədə dini mərasimlə amerikalı keşiş Tomas Vikə ərə gedib.

Qeyd edək ki, Meltem Miraloğlu “Hayat devam ediyor” adlı serialda canlandırdığı “Hayat” obrazı ilə məşhurlaşıb. 2016-cı ildə aktyor və rejissor Tayfur Aydınla ailə qurub. 2017-ci ildə boşanan M.Miraloğlu ABŞ-yə köçüb. Orada özündən 48 yaş böyük Patrik Qreydi adlı şəxsə ərə gedib.

Qreydidən boşandıqdan sonra maddi çətinliklərlə üzləşdiyi üçün evlərdə xadimə kimi çalışıb və Türkiyə mətbəxinə aid yeməklər bişirib satıb. Təxminən bir il əvvəl nişanlı olduğu bildirilən aktrisa sevgisinə qarşılıq vermədiyi gənc tərəfindən hücuma məruz qalaraq bıçaqlanıb.

Banu

Fotolarda: Meltem Miraloğlu

"Hayat devam ediyor" serialından foto