Cem Yılmazın sultanla oxşarlığı ŞOK ETDİ - Türkiyənin danışdığı VİDEO
Mərakeş sultanı Moulay Youssefin videosu Türkiyədə gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər qısa müddətdə milyonlarla türkiyəli istifadəçi tərəfindən bəyənilib. Onlar sultanı məşhur şoumen, gülüş ustası Cem Yılmaza bənzədiblər.
Cem Yılmaz özü də həmin videoya yumorla yanaşıb. O, filmdən çəkilmiş şəklini paylaşaraq “Mərakeş şahzadəsi deyiləm, sadəcə mərasim üçün 2 saatlıq orada idim. Belə şeylər olur, edilir” şərhini yazıb.
Qeyd edək ki, Moulay Youssef 1881-ci ildə Mərakeşin Meknes şəhərində anadan olub. Ələvi sülaləsinin nümayəndəsidir. O, Sultan I Hassanın oğlu, Sultan Abdulhafidin qardaşıdır.
1912-ci ildə imzalanan Mərakeş-Fransa müqaviləsindən sonra taxta çıxıb. Sultanın hakimiyyət illəri Mərakeşin Fransanın himayəsinə keçdiyi kritik mərhələyə təsadüf edib. Paytaxtın Fəsdən Rabata köçürülməsi də bu dövrdə baş verib. O, ölkəni Fransa generalı Hubert Lyautey ilə birlikdə idarə edib.
M.Youssef həm Fransız administrasiyası ilə münasibətləri qoruyub, həm də ölkə daxilindəki prosesləri balanslaşdırmağa çalışıb. Sultanın Cem Yılmaza bənzədildiyi görüntülər isə 1926-ci ildə Parisdə səfərdə olarkən qeydə alınıb. Moulay Youssef bu səfərdən təxminən bir il sonra, 17 noyabr 1927-ci ildə vəfat edib. Yerinə oğlu V Mohammed taxta çıxıb.
Vəsilə İBRAHİM
Посмотреть эту публикацию в Instagram