“Sandu Moldova prezidenti deyil” - Dmitri Peskov
“Moldovada seçicilərin əksəriyyəti prezident Maya Sanduya səs verməyib”.
SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O, bildirib ki, Moldova cəmiyyətində ziddiyyətlərin mütləq davam edəcəyinə, yəqin ki, inanır.
“Xanım Sanduya gəlincə, bilirsiniz ki, anladığımız qədər, o, öz ölkəsinin prezidenti deyil, çünki ölkənin özündə də əhalinin əksəriyyəti ona səs verməyib. Söhbət çox, olduqca çox parçalanmış cəmiyyətdən gedir”, - deyə Kremlin sözçüsü əlavə edib.
Onun sözlərinə görə, Rusiya tərəfi Rusiya Federasiyasından səs vermiş Moldova vətəndaşlarının timsalında bu seçkilərə obyektiv qiymət verə bilər. Peskov əmindir ki, həmin şəxslərə səslərindən istifadə etmək imkanı verilmədiyinə görə seçkilərin nəticələrini təmiz hesab etmək olmaz. O bildirib ki, bu seçkilər nə demokratik, nə də ədalətli keçib.
Putinin sözçüsü Moldovanın hazırkı hakimiyyətini də tənqid edərək, onları Rusiya ilə hər hansı qarşılıqlı əlaqəni məhdudlaşdırmaqda, habelə Rusiya KİV-nə təzyiq təşkil etməkdə və respublikada məlumat məkanını sterilizasiya etməkdə ittiham edib.
“Bu, təbii ki, öz vətəndaşlarının müxtəlif məlumat almaq hüququnun birbaşa məhdudlaşdırılmasıdır”, - Peskov söyləyib.
O, əmin edir ki, Dnestryanı sakinlər Moldovanın hazırkı rəhbərliyini heç bir şəkildə dəstəkləməyə meyilli deyillər: “Bu, ciddi səylər tələb edən, ancaq konstruktiv yanaşmaya əsaslanan problemdir, biz indi onun çatışmazlığını görürük”.
Xatırladaq ki, Moldovada prezident seçkilərinin birinci turu oktyabrın 20-də, ikinci turu isə noyabrın 3-də keçirilib. Protokolların 100%-ni emal etdikdən sonra hazırkı prezident Maya Sandu 55,33%, onun rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 44,67% səs toplayıb.
Xatirə SADİQ