"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayevə ağır itki
Xalq artisti Faiq Ağayevin köməkçisi vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sənətçi paylaşım edib.
Paylaşımda deyilir: "15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı...
Uzun sürən ağır həyat mücadiləsindən sonra onu bu zəhrimar xəstəlik apardı...
Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!"
Aytən