Azadlıq Radiosu ABŞ prezidentini məhkəməyə verir – “The Hill”

AzadlıqRadiosu (RFE/RL) maliyyələşdirilməsinin dayandırılması qərarı ilə əlaqədar Tramp administrasiyasına və Kari Leykə qarşı Vaşinqtondakı federal məhkəmədə iddia qaldırıb. 

Mar 19, 2025 - 12:59
Azadlıq Radiosu ABŞ prezidentini məhkəməyə verir – “The Hill”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” yazıb.

Məhkəmə iddiasında bildirilib ki, Konqres tərəfindən təsdiq edilmiş vəsaitlərin rədd edilməsi federal qanunu, xüsusən də Konqresə büdcə xərcləri ilə bağlı müstəsna səlahiyyət verən ABŞ Konstitusiyasını pozur.

“Beynəlxalq Yayım Aktında nəzərdə tutulduğu kimi, vəsaitlərin ayrılması qanunlarına uyğun olaraq mənimsənilməsi və onları qrant şəklində təqdim etmək agentliyin edə biləcəyi könüllü seçim deyil. Bu, qanundur”, - deyə iddiada deyilir.

AzadlıqRadiosunun baş direktoru Stiven Kapus vurğulayıb ki, 1949-cu ildə əsası qoyulmuş media orqanının yayımının dayandırılması bütün bu müddət ərzində dünyanın müxtəlif hissələrindəki diktatorların arzusu olub. 

İndi Amerikanın düşmənləri tərəfindən təbliğat və senzurasına yüri güzəştə getmək vaxtı deyil. Biz hesab edirik ki, qanun bizim tərəfimizdədir və dünyadakı despotların bizim ölümümüzü bayram etməsi tezdir”, - deyə Kapus əlavə edib. 

AzadlıqRadiosu bildirib ki, maliyyələşmə bərpa olunmazsa, şirkət əməkdaşlarının  bir hissəsini ixtisar etmək məcburiyyətində qalacaq. Radiostansiya hazırda 27 dildə kontent dərc edir, Avropa və Asiyanın 23 ölkəsində 47 milyondan çox insanı əhatə edir.

Beynəlxalq yayımçının nümayəndələri federal maliyyələşdirmənin dayandırılması barədə ABŞ-nin Qlobal Media Agentliyinin müşaviri olan Kari Leyk tərəfindən imzalanmış məktubdan xəbər tutublar. 

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Azad Avropa/Azadlıq Radiosu və Amerikanın Səsi (Amerikanın Səsi) radiolarını maliyyələşdirən ABŞ Qlobal Media Agentliyinin (USAGM) ləğv edilməsi haqqında sərəncam imzalayıb. 

Xatirə SADİQ