Bu ölkədə Rusiyanın milyardlarla dolları dondurulub
İsveçrə ümumilikdə 7,4 milyard İsveçrə frankı (təxminən 8,38 milyard dollar) məbləğində Rusiyanın aktivlərini dondurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Tages-Anzeiger” nəşri İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) istinadən yazıb.
Məlumata görə, bu məbləğin 1,6 milyard İsveçrə frankı (1,8 milyard dollar) son bir il ərzində dondurulub.
Xatırladaq ki, Ukraynaya qarşı müharibəyə görə İsveçrənin Aİ sanksiyalarına qoşulması səbəbindən bu ölkədə Rusiyanın aktivləri dondurulub.
Xatirə SADİQ