Kadırov 17 yaşlı oğluna vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə kuratoru təyin edilib. 

Apr 1, 2025 - 17:51
Kadırov 17 yaşlı oğluna vəzifə verdi

SAVASHMEDİA.az bu barədə “Azadlıq Radiosu”nun “Qafqaz.Reallıqlar” layihəsinə istinadən xəbər verir. 

Məlumata görə, Ramzan Kadırovun yeniyetmə övladının yeni təyinatı barədə martın 31-də keçirilən iclasda məlumat verilib. 

Kadırovun azyaşlı oğlu yeni vəzifəsinə daxil olduqdan sonra səkkiz “fərqlənən əməkdaşa” medallar paylayıb. Onlar “Çeçenistan Respublikasının Qəhrəmanı” yüksək adına layiq görülüblər.

Xatirə SADİQ