Bu qida dişləri çürüməkdən qoruyur  

Bayram günlərində şəkər istehlakı, xüsusilə uşaqların diş sağlamlığı üçün risk yaradır.

Apr 1, 2025 - 17:46
Bu qida dişləri çürüməkdən qoruyur  

SAVASHMEDİA.az xəbər verir ki, diş həkimi Hüseyn Ceylan şəkərin ağızdakı bakteriyalar tərəfindən turşuya çevrilərək diş minasını aşındırdığını və çürüməyə səbəb olduğunu bildirib.

Çürük riskini azaltmaq üçün tövsiyələr:

Şəkərdən sonra pendir yeyin – Pendir ağızdakı turşu mühitini tarazlaşdırır, diş minasını qoruyur.

Dişləri tez-tez fırçalayın – Gündə ən azı iki dəfə diş fırçalamaq vacibdir.

Bol su için – Su bakteriyaların çoxalmasının qarşısını alır.

Diş ipindən istifadə edin – Şəkər qalıqlarını təmizləmək üçün vacibdir.

Ceylan pendirin tərkibindəki kalsium və fosfatın dişləri gücləndirdiyini və çürüklərin qarşısını aldığını vurğulayaraq, valideynlərin bayram günlərində bu tövsiyələrə əməl etmələrinin vacibliyini qeyd edib.