“Mən diktator deyiləm” - Donald Tramp

ABŞ prezidenti Donald Tramp cinayətlə mübarizə üçün Vaşinqtonda Milli Qvardiya qoşunlarının istifadəsini müdafiə edib və diktatura ittihamlarını rədd edib.

Aug 26, 2025 - 14:17
“Mən diktator deyiləm” - Donald Tramp

SAVASHMEDİA.az Axios nəşrinə istinadən xəbər verir ki, Tramp bunu jurnalistlərlə Ağ Evdə ünsiyyəti zamanı deyib.

“Onlar deyirlər: “O, bizə lazım deyil. Azadlıq, azadlıq, o diktatordur". Çox adamlar  deyir: mümkündür ki, biz diktatoru bəyənirik. Amma mən diktatoru sevmirəm. Mən diktator deyiləm. Mən sağlam düşüncəli və ağıllı adamam”, - deyə ABŞ prezidenti vurğulayıb. 

Axios qeyd edib ki, ABŞ prezidentinin Vaşinqtonda tətbiq etdiyi misli-görünməmiş məhdudiyyətlər amerikalıların əksəriyyətinin onu “təhlükəli diktator” kimi gördüyünü müəyyənləşdirən sorğunun keçirilməsindən bir neçə ay sonra baş verib.

Trampın bazar ertəsi imzaladığı sərəncama əsasən, Vaşinqtonda “ictimai təhlükəsizliyin təmin edilməsi” üçün Milli Qvardiyanın xüsusi bölməsinin hazırlanması üzrə müdafiə naziri Pit Heqset məsuliyyət daşıyır.

Trampın fikrincə, Çikaqo Milli Qvardiyaya çağırılacağı növbəti şəhər ola bilər.

Demokratlar Trampın şəhərlərə qoşun yeritmək kimi hərəkətlərini avtoritarizmin təzahürü adlandırırlar.

Tramp isə öz hərəkətlərini paytaxtda cinayətkarlıq və evsizliklə mübarizə ilə əlaqələndirib, eləcə də Pentaqonun adını Müharibə Nazirliyinə dəyişdirmək istədiyini açıqlayıb.

Xatirə SADİQ