Əfsanəvi basketbolçu telekanalda xüsusi müxbir olacaq

NBA tarixinin ən yaxşı basketbolçularından biri olan Maykl Cordan telekanalda çempionat matçları üçün xüsusi müxbir kimi çalışacaq.

May 13, 2025 - 14:10
Əfsanəvi basketbolçu telekanalda xüsusi müxbir olacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

"Bizim komandamızın əfsanəvi əlavəsi. NBC və Peacock-da liqa oyunlarının xüsusi müxbiri vəzifəsində Maykl Cordanı salamlamağa şadıq”, - deyə telekanalın bildirişində deyilir.

Qeyd edək ki, NBC NBA ilə 2025/26 mövsümünün əvvəlində qüvvəyə minən 11 illik müqavilə imzalayıb. Lakin Cordanın telekanallar əməkdaşlıq müddəti hələlik məlum deyil. 

Əfsanəvi oyunçu NBA-da debütünü 1984-cü ildə Çikaqo Bullzda edib və 1998-ci ilə qədər iki mövsümlük fasilə ilə çıxış edib. 

Jordan karyerasını “Washington Wizards”da iki il oynadıqdan sonra 2003-cü ildə başa vurdu.

Xatirə SADIQ