Putin İstanbula gedəcəkmi? - Peskov “hazırlaşırıq" dedi
“Rusiya tərəfin cümə axşamı İstanbulda baş tutacaq Ukrayna ilə danışıqlara hazırlığı davam etdirir”.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Peskov qeyd edib ki, Kreml hələlik İstanbulda planlaşdırılan Rusiya-Ukrayna görüşü ilə bağlı başqa şərh verməyi planlaşdırmır.
Ukrayna KİV-i bu xəbərə istehzalı reaksiya verib: “Deyəsən, Kreml Putinin İstanbula uçub-uçamayacağına qərar verə bilmir”.
Xatirə SADIQ