Trampın əlindəki qançır hansı xəstəliyin əlamətidir? - Ağ Ev "çox salamlaşmaqdandır" desə də... + VİDEO

ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronla görüşü önəmli məsələlərin müzakirə edilməsi baxımından siyasi kuluarlarda maraqla gözlənilirdi. 

Feb 27, 2025 - 02:12
Feb 27, 2025 - 03:27
Trampın əlindəki qançır hansı xəstəliyin əlamətidir? - Ağ Ev "çox salamlaşmaqdandır" desə də... + VİDEO

Lakin görüş sadəcə siyasi məsələlər baxımından yaddaqalan olmadı. ABŞ liderinin əlinin üstündəki göyərmə də (qançır) dünya mediasının gündəminə çevrildi.

SAVASHMEDİA.az xəbər verir ki, Ağ Ev ötən gün Trampın əlindəki qançırla bağlı açıqlama yaydı. 

Ağ Evin mətbuat katibi Karolin Levitt göyərməni prezidentin aktiv fəaliyyəti ilə əlaqələndirdi: “Tramp hər gün çox sayda insanla əl sıxışaraq görüşür və bu da əlində qançırın yaranmasına səbəb olur”.

“Tramp əl sıxışması” (Trump's handshake)

Əslində Ağ Evin açıqlaması yadırğanacaq bir yanaşma deyil, çünki dünyada “Tramp əl sıxışması” (Trump's handshake) deyilən bir stil var. Tramp görüşdüyü hər liderin əlini möhkəm sıxır və sərt bir şəkildə özünə doğru çəkir. (Hətta bu stil Türkiyənin tanınmış şoumeni Cem Yılmazın skeclərindən birinə də mövzu olmuşdu) 

Trampın xəstəlikləri

Ağ Evin açıqlaması beynəlxalq aləmdə Trampın ağır xəstəliyinin olduğuna dair yaranan şübhələri bərtərəf etmədi. Çünki Ağ Evin iddia etdiyi kimi Tramp çoxlu görüşlər keçirir və əl sıxışırsa deməli, bu göyərmə daimi olaraq olmalıdır. 

Lakin Ağ Ev rəhbərinin müxtəlif zamanlarda çəkilmiş şəkillərində bu hal qeydə alınmır. 

Trampın əlindəki göyərmə ilə bağlı müxtəlif iddialar ortaya atılıb. Bəzi iddialara görə bu, yaşla əlaqədar bir məsələdir, bəziləri Trampın qan durulaşdırıcı iynələrdən istifadə etdiyini qeyd edir, bəzilərinə görə isə bu qan xəstəliyi, hətta xərçəngi ilə (Leykoz) bağlıdır.

Kraliça II Elizabetdə də olan qançır

Trampın əlindəki qançır Britaniya Kraliçası II Elizabetin də əlindəki göyərmələri xatırladıb. Xüsusilə ölümündən qısa müddət əvvəl keçirdiyi görüşlərdə taxt sahibinin əlindəki qançırlar sosial mediada gündəm olmuş və II Elizabet müxtəlif xəstəliklərdən hətta xərçəngdən əziyyət çəkir iddiaları ortaya atılmışdı. 

Bir müddət sonra isə iddiaları doğrulayan bir fikri İngiltərənin Baş naziri olmuş Boris Conson ortaya atmışdı. Belə ki, Conson özünün xatirə kitabında kraliçaya da yer vermiş və onun sümük xərçəngindən əziyyət çəkdiyini yazmışdı.

Bəs tibb nə deyir?

Əllərdə və bədənin müxtəlif nahiyələrində yaranan qançırların bir çox səbəbləri var. Qan xəstəlikləri bu xəstəliklər arasında ən çox rast gəlinənlərdir.

-    Leykoz (qan xərçəngi),  limfa düyünləri xəstəlikləri və sümük iliyi xərçəngi
-    Ağciyər xəstəlikləri: Pnevmoniya, pnevmotoraks
-    İntrakranial qanaxma (beyin daxilində yaranan ciddi qanaxma)
-    Beyinin oksigen çatışmazlığı
-    Anadangəlmə ürək və damar anomaliyaları
-    Qapaq xəstəlikləri
-    Ürək çatışmazlığı
-    Ürək böhranı
-    Həddindən artıq spirt istehlakı
-    C vitamini əskikliyi
-    Dərman istifadəsi (xüsusilə qan durulaşdırıcı)
-    Ayaqlarda damar sistemi çatışmazlığı

Yağmur