Rusiyayönlü prezidentliyə namizəd sərbəst buraxıldı – Rumıniyada
Rumıniyada rusiyayönlülüyü ilə tanınan prezidentliyə namizəd Kelin Corcesku ölkənin Baş Prokurorluğunda 5 saatlıq dindirilmədən sonra sərbəst buraxılıb.
SAVASHMEDIA.az bu barədə “Digi24”ə istinadən xəbər verir.
Corcesku bildirib ki, mütləq prezident seçkilərində iştirak edəcək və “Amerika sanksiyaları da Rumıniyadakı vəziyyətə aydınlıq gətirəcək.
Altı cinayətdə ittiham olunan prezidentliyə namizəd növbəti 60 gün ərzində məhkəmə nəzarəti altında olacaq. Onun ölkədən çıxışına qadağa qoyulub.
Xatirə SADİQ