Ayxan Abbasov 3 futbolçunu millidən uzaqlaşdırdı

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa ilə Parisdə keçiriləcək oyun üçün heyətini dəqiqləşdirib.

Oct 10, 2025 - 15:33
Ayxan Abbasov 3 futbolçunu millidən uzaqlaşdırdı

SAVASHMEDİA.az xəbər verir ki, 23 nəfərlik heyətdə Səbuhi Abdullazadə, İsmayıl İbrahimli və Ceyhun Nuriyev yer almayıb.

Fransa - Azərbaycan oyunu bu gün "Park de Prens" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.