"Başına 10 milyon mükafat qoyulmuşdu, biz havayı öldürdük" - İsrailli nazir
“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik”.
SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar estoniyalı həmkarı Marqus Tsahkna ilə görüşdən sonra təşkil edilən mətbuat konfrasında söyləyib.
O, İsrail Müdafiə Qüvvələrinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” Müqavimət Qüvvələrinin komandiri Qulamrza Süleymanini öldürməsindən sonra iranlıların daha təhlükəsiz vəziyyətdə olduğunu bildirib:
“Biz hələ Müctəbanı görməmişik. O, gizlənməyə davam edə bilər, amma niyə üzünü göstərmirsən? Bu, rejim üçün bir az utancverici olmağa başlayır. İran rejimi yalnız xalq tərəfindən devrilə bilər, lakin xarici yardım olmadan İran xalqı özünü təkbaşına azad edə bilməz”.