"Qurban kəsib, kasıblara paylayacağam" - Aqil Abbas
Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə start veriləcək.
Təmsilçimiz “Qarabağ” da bu axşam səfərdə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Maraqla gözlənilən matç saat 22:00-da başlayacaq.
Bəs sözügedən matçdan gözləntilər nələrdir?
SAVASHMEDİA.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas cebheinfo.az-a açıqlamasında “Şkendiya” – “Qarabağ” matçı ilə bağlı proqnoz verib:
“İnşallah, “Qarabağ”ın bu axşam qələbə qazanacağını gözləyirəm. Mənim proqnozuma əsasən, oyun 2-1 hesabı ilə komandamızın qələbəsi ilə yekunlaşacaq. Ümumilikdə isə “Qarabağ”ın “pley-off” mərhələsinə yüksələcəyinə, oradan da liqa mərhələsinə adlayacağına inanıram”.
Millət vəkili “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksələcəyi təqdirdə, qurban kəsəcəyini söyləyib:
“Hər zaman olduğu kimi qurban kəsmə ənənəsini yenə də davam etdirəcəyəm. Əgər “Qarabağ” “pley-off” mərhələsini keçsə, qurban kəsəcəyəm. Kəndimizdə bir ocaq var, həmişə orada qurban kəsərək kasıb adamlara paylayıram. Allah qoysa, yenə də kəsib paylatdıracağam”.