"Putinin başqa yolu qalmayacaq, onu məcbur edəcəyik" - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, neftin qiymətinin “daha 10 dollar/barel” ucuzlaşması Putini müharibəni dayandırmağa məcbur edəcək.

Aug 5, 2025 - 17:04
"Putinin başqa yolu qalmayacaq, onu məcbur edəcəyik" - Tramp

SAVASHMEDİ.az xəbər verir ki, Tramp bu sözləri bugünkü açıqlamasında deyib.

“Neftin bir barreli daha 10 dollar ucuzlaşarsa, Rusiya prezidenti Vladimir Putinin başqa seçimi qalmayacaq. Rusiya iqtisadiyyatı onsuz da ağır vəziyyətdədir", - Tramp əlavə edib.

Trampın sözlərinə görə, karbohidrogenlərin qiymətinin kəskin aşağı düşməsi Moskvanı Ukraynadakı müharibə ilə bağlı hərəkətlərinə yenidən baxmağa məcbur edəcək.

Xatırladaq ki, Tramp hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 günlük ultimatumun müddəti bitdikdən sonra Moskvaya qarşı yeni məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb.

Oğuz