Rusiya Aİ-nin Kiyevdəki nümayəndəliyini vurdu
Bu gecə Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində Avropa İttifaqının (Aİ) nümayəndəliyinin binasına ziyan dəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa X sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, Rusiya gecə hücumu zamanı diplomatları da hədəfə alıb və bu, Vyana Konvensiyasının birbaşa pozulmasıdır.
“Aİ-nin Ukraynadakı nümayəndəliyinə ziyan dəyib. Bu, təkcə Aİ tərəfindən deyil, bütün dünya tərəfindən qınaq tələb edir. Biz Aİ həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və yardım göstərməyə hazırıq”, - deyə nazir vurğulayıb.
Xatirə SADİQ