Əsədin diviziya komandiri üsyana qalxdı - Döyüşlər gedir, komendant saatı tətbiq edildi

Suriyanın İctimai Təhlükəsizlik İdarəsi ölkənin bir sıra bölgələrində keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının hücumu ilə əlaqədar təbdirlər görməyə başlayıb.

Mar 7, 2025 - 00:36
Əsədin diviziya komandiri üsyana qalxdı - Döyüşlər gedir, komendant saatı tətbiq edildi

SAVASHMEDİA.az xəbər verir ki, martın 6-dan etibarən döyüşlərin getdiyi Tartus şəhərində komendant saatı tətbiq edilib.

Hakimiyyət Tartus sakinlərini təhlükəsizliklərini təmin etmək üçün bu məhdudiyyətlərə əməl etməyə çağırıb.

Bundan əvvəl Suriya televiziyası Əsəd rejimi tərəfdarlarının Tartus administrasiyasının binasına atəş açdıqlarını xəbər vermişdi. Məlumatına görə, Əsəd tərəfdarları Tartusla Baniyas şəhərini birləşdirən magistral yolda Suriya təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Martın 6-da Suriyanın SANA xəbər agentliyi bir qrup Əsəd tərəfdarının Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi Cəblə şəhəri yaxınlığında Suriyanın yeni administrasiyasının təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum etdiyini bildirib. Suriya mətbuatının məlumatına görə, Cəblə bölgəsində döyüşlər davam edir.

SANA-nın məlumatına görə, Suriyanın keçmiş prezidentini dəstəkləyən silahlı qruplaşmalar Latakiya əyalətinin Beyt Ana bölgəsindəki hərbi obyektlərə, həmçinin Suriya Müdafiə Nazirliyinə məxsus maşınlara hücum edib. Hücum nəticəsində bir Suriya təhlükəsizlik zabiti ölüb, bir neçəsi yaralanıb.

Yaraqlılar özlərini “Suriya Azadlığı uğrunda Hərbi Şura” adlandırırlar. 

Onun lideri Ghaith Suleiman Dala Bəşər Əsəd dövründə zirehli diviziya komandiri olub. Hərbi Şura öz bəyanatında yeni hakimiyyətə qarşı əməliyyat elan edib. Üsyançıların çoxu Bəşər əsədin də dəstəklədiyi Suriyalı ələvilərdir.
Oğuz