Güllə yarasından ölən icra nümayəndəsinin qardaşı oğlanlarına əsəbiləşibmiş - TƏFƏRRÜAT

Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.

Mar 7, 2025 - 00:10
Güllə yarasından ölən icra nümayəndəsinin qardaşı oğlanlarına əsəbiləşibmiş - TƏFƏRRÜAT

SAVASHMEDİA.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki,  İqbal  Bağırov  evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş mərhumun ölümünə səbəb olub.

İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.