Türkiyədə helikopter xəstəxana binasına çırpıldı - Ölənlər var
Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.
Həlak olanlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.
***
Türkiyənin Muğla bölgəsində Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş əraziyə düşüb.
Xilasedici qruplar hadisə yerində işlərini davam etdirirlər.
Hadisə ilə bağlı əlavə məlumatlar araşdırılır.