Pakistan İranla sərhədini bağlayıb

Pakistan İranla sərhədlərini qeyri-müəyyən müddətə bağlayıb.

Jun 16, 2025 - 18:35
Pakistan İranla sərhədini bağlayıb

SAVASHMEDİA.az "Arab News" portalına istinadən xəbər verir ki, bu barədə Bəlucistandakı Sərhəd-Buraxılış Məntəqəsinin yüksək rütbəli rəsmisi Qadir Bəxşi Pirkani açıqlama verib.

O deyib ki, Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadar əyalətlərindəki bütün buraxılış postları fəaliyyətini növbəti qəraradək dayandırıb.

Qərar bölgədə gərginliyin getdikcə daha da artması ilə bağlı yüksək ehtimalın mövcudluğu ilə əsaslandırılıb.