Rusiya SOCAR-ın neft anbarını vurdu
Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətindəki neft bazasına zərbələr endirib,
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrə istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, zərbəni beş “Şahed” pilotsuz uçuş aparatı həyata keçirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. Dörd şirkət əməkdaşı xəsarət alıb - onların hamısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bu, Rusiyanın son həftələrdə SOCAR-a aid obyektlərə ikinci hücumdur. Bundan əvvəl Orlovka yaxınlığında, Azərbaycan qazının keçməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.
Oğuz