Amerikalı kinoaktrisa Trampı sərt tənqid etdi – “Putinin əməliyyatçısı...”
Tanınmış amerikalı kinoaktrisa Vupi Qoldberq Tramp və Zelenski arasındakı görüşü indiyə qədər gördüyü ən biabırçı hadisələrdən biri adlandırıb.
SAVASHMEDİA.az bu barədə “The Hill” nəşrinə istinadən xəbər verir.
“Bu, suveren dövlətin lideridir və siz onunla tamaşa qurursunuz, çünki siz “cəsur” oğlan olduğunuzu göstərməyə çalışırsınız”, - Qoldberq vurğulayıb.
O, güman edir ki, Trampa səs verən insanların Ağ Evdə gördükləri, yəqin ki, xoşlarına gəlməyib: “Düşünmürəm ki, siz sizə səs verən insanların nə hiss etdiyini soruşmamısınız. Siz onlardan nə etdiyinizə necə münasibət bəslədiklərini soruşmursunuz. Onlardan Putin hökumətinin əməliyyatçıları olmalarını istəyib-istəmədiklərini soruşmursunuz. Bunu onlardan soruşmadınız”.
Qoldberq bildirib ki, Zelenskini və Ukraynanı dəstəkləyir. “Mən həqiqətən sizi dəstəkləyirəm, Zelenski, çünki siz vuruşmusunuz. Sizin ölkəniz mübarizə aparır və bunu siz özünüz də edirsiniz... Çünki heç kimin sizin ölkənizə gəlib “Bu, mənim ölkəmdir” deməyə haqqı olmamalıdır”, - deyə aktrisa vurğulayıb.
Xatisə SADİQ