Rusiya Ukraynadakı Amerika müəssisəsini vurdu

Rusiya qoşunları avqustun 21-nə keçən gecə Zakarpatyadakı Amerika müəssisəsinə bir neçə qanadlı raket atıb.

Aug 21, 2025 - 12:25
Rusiya Ukraynadakı Amerika müəssisəsini vurdu

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında bildirib. 

“Bu gecə Rusiya ordusu daha bir ağılsız antirekorda imza atıb. Onlar mülki infrastruktur müəssisələrinə, yaşayış binalarına, bizim insanlarımıza zərbə endiriblər. Zakarpatyadakı Amerika müəssisəsinə qarşı bir neçə qanadlı raketdən istifadə ediblər. Bu, adi mülki müəssisə idi, Amerika sərmayəsi idi. Onlar kofe maşınları kimi adi məişət əşyaları istehsal edirdilər”, - deyə Zelenski yazıb. 

Zelenski diqqətə çatdırıb ki, ruslar elə zərbə endiriblər ki, sanki “müharibənin dayandırılması üçün dünyanın heç bir səyi yoxdur”.

Qeyd edək ki, rus qoşunlarının Ukraynanın Mukaçevo şəhərinə endirdiyi zərbə nəticəsində 15 nəfər yaralanıb.

Xatirə SADİQ