"Yaxşı, daha Danimarkaya dron göndərməyəcəyəm" - Putin məzələnir

"Lissabon rahatlaşa bilər, məncə, orada heç bir hədəf yoxdur".

Oct 3, 2025 - 11:39
"Yaxşı, daha Danimarkaya dron göndərməyəcəyəm" - Putin məzələnir

SAVASHMEDİA.az xəbər verir ki, bunu "Valday" beynəlxalq konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

O, aparıcının zarafatla verdiyi “Niyə Danimarkaya bu qədər dron göndərirsiniz” sualını belə cavablayıb:  Dördpendirli pizza

"Artıq göndərməyəcəyəm! Nə Fransaya, nə Danimarkaya... Dronlarımız başqa hara çatırlar? Lissabona... Bəziləri, elə bizdə də, naməlum uçan obyektlərlə maraqlanırlar. Bu da oxşar söhbətdir. Ciddi desək, Lissabona çata biləcək dronlarımız belə yoxdur. Heç Lissabonda  hədəfimiz də yoxdur”.