Vəzifəyə gələndən 10 gün sonra bıçaqlandı - VİDEO
Almaniyanın Herdekke şəhərinin bu yaxınlarda seçilmiş meri İris Stalzer qarnından və kürəyindən ağır bıçaq xəsarətləri alıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
57 yaşlı Stalseri öz mənzilində yaralı halda oğlu aşkarlayıb. Huşunu itirməzdən öncə mer küçədə bir neçə kişi tərəfindən hücuma məruz qaldığını söyləməyə macal tapıb. Həkimlər onun həyatı uğrunda mübarizə aparırlar. Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Polis hazırda merə qəsd edənləri axtarır. Polis idarəsi hər hansı versiyanı, o cümlədən siyasi motivi istisna etmir. Cinayətin araşdırılması ağır cinayətlərə dair işlər üzrə istintaq qrupuna həvalə olunub.
Stalser sentyabrın 28-də keçirilən bələdiyyə seçkilərinin ikinci turunda Herdekke meri seçilib. Ona hücum qələbəsindən cəmi 10 gün sonra baş verib.
Xatirə SADİQ