Vəzifəli şəxs hokkey oyununda öldü - VİDEO
Rusiyanın Arxangelsk vilayəti administrasiyasının sədr müavini Anatoli Ananyev hokkey oyunu zamanı buz üstünə yıxılaraq həyatını itirib.
SAVASHMEDİA.az oxu.az-a istinadla xəbər verir ki, bunu "RİA Novosti"yə vilayət hökumətinin mətbuat xidməti bildirib.
Hadisə hökumət komandası ilə "T-54" komandası arasında keçirilən oyunda yaşanıb.
Faciə anı oyunun canlı yayımı zamanı videoya düşüb.