Dostu məşhur aktrisanı evində ölü tapdı - FOTO 

Cənubi Koreya dramlarının yüksələn ulduzu Kim Sae Ron vəfat edib.

Feb 17, 2025 - 00:07
Dostu məşhur aktrisanı evində ölü tapdı - FOTO 

24 yaşlı aktrisanın meyiti bu gün axşam saat beş radələrində Cənubi Koreyanın paytaxtı Seulda yerləşən mənzilində dostu tərəfindən aşkarlanıb.

Hüquq-mühafizə orqanları onun bədənində və mənzilində heç bir şübhəli dəlil tapmadıqlarını bildiriblər.

Kim Sae-ron doqquz yaşında filmlərdə və Koreya dramlarında rol almağa başlayıb. "Brand New Life" (2009) və "Nowhere Man" (2010) kimi filmlərdəki rolları ilə şöhrət qazanıb.

Cənubi Koreyalı aktrisa "Netflix" layihəsi olan "Hunting Dogs" (2023) filminin çəkilişlərindən sonra bütün dünyada məşhurlaşıb.

Amma son illər aktrisa inciklik üzündən filim sektorundan uzaqlaşıb. O, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib.

Pərəstişkarları aktrisanın zorakılığa görə intihar etdiyini ehtimal edirlər. (publika)