Rusiya Kiyevə gedən sərnişin qatarını vurdu - FOTO
Rusiya ordusunun Ukraynanın Sumı vilayətində sərnişin qatarına zərbəsi nəticəsində ən azı 30 nəfər yaralanıb.
SAVASHMEDİA.az xəbər verir ki, Sumı vilayətinin hərbi rəhbəri Oleq Qriqoryev bildirib ki, zərbəyə məruz qalan Qatar Şostka-Kiyev marşrutu üzrə hərəkət edirdi.
Bildirilir ki, zərbə nəticəsində vaqonda yanğın baş verib.
report.az