İmran Xanın bacısını evindən apardılar - Saxlanılma SƏBƏBİ

Pakistanın keçmiş baş naziri İmran Xanın bacısı Əlima Xan Lahordakı evində saxlanılıb. 

Sep 20, 2026 - 21:43
İmran Xanın bacısını evindən apardılar - Saxlanılma SƏBƏBİ

SAVASHMEDİA.az xəbər verir ki, Lahor administrasiyası onun 30 gün müddətinə həbsdə saxlanılması barədə qərar verib.

Əlima Xanın Kot Lakpat həbsxanasına göndərildiyi bildirilir. 

Saxlanılma Pakistan Təhrik-i-İnsaf Partiyasının sentyabrın 27-də İmran Xanın azad olunması tələbi ilə planlaşdırdığı etiraz aksiyasından bir həftə əvvəl baş verib.

Hakimiyyət qərarı ictimai asayişin qorunması iləı əsaslandırıb. 

Səlcuq