Növbə Mansur Yavaşa çatdı - Ankara bələdiyyəsində həbslər

Ankara Böyükşəhər Bələdiyyəsinin 2021-2024-cü illərdə təşkil etdiyi konsertlərdəki mümkün mənimsəmələrlə bağlı 13 nəfər saxlanılıb.

Sep 23, 2025 - 12:04
Növbə Mansur Yavaşa çatdı - Ankara bələdiyyəsində həbslər

SAVASHMEDİA.az xəbər verir ki, istintq çərçivəsində Mədəniyyət və Sosial İşlər İdarəsinin rəisi Haluk Erdemir və Mədəniyyət və Sosial İşlər İdarəsinin koordinatoru Hacı Əli Bozkurt istintaq bitənə qədər müvəqqəti olaraq fəaliyyəti dayandırılıb.

İstintaq çərçivəsində saxlanılanlar arasında Ankara Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər İdarəsinin keçmiş müdirləri və müdir müavinləri, həmçinin konsert təşkilatçılığı ilə məşğul olan şirkətlərin sahibləri və ortaqları yer alıb.

Daxili İşlər Nazirliyinin Mülki Müfəttişliyi, Maliyyə Cinayətlərini İstintaq İdarəsi (MASAK) və Hesablama Məhkəməsinin hazırladığı ekspertiza hesabatları istintaqın əsasını təşkil edib.

Saxlanılan şəxslər 23 sentyabr 2025-ci il tarixindən etibarən cinayət və sui-istifadə şübhəsi ilə nəzarət altına alınıblar. 

Araşdırmalar davam edir.

Xatırladaq ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşdır.

Oğuz