Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina edib? - RƏSMİ
İsrailin “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcəyi halda, Azərbaycanın yarışmadan imtina edəcəyi barədə iddialar həqiqəti əks etdirmir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov ölkəmizin İsrailə görə yarışmadan iştirakdan imtinası ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“İsrail və ya başqa dövlət olsun, biz siyasətə qarışmırıq”, - o bildirib.