Tahir İmanov səssizliyini pozdu, müraciət yaydı - VİDEO
Əməkdar artist, KVN teatrının bədii rəhbəri Tahir İmanov sosial şəbəkə hesabında paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, qardaşı Cabir İmanovun ölümündən sonra ilk dəfə paylaşım edən Tahir İmanov bunları deyib:
"Bu çətin, sınaqlı, imtahanlı günlərdə bizimlə birlikdə oldunuz, bizə dəstək oldunuz və tək qoymadınlz. Hər birinizə təşəkkür edirəm. Sıravi vətəndaşlardan məmurlara kimi hər kəsə. Kasıb bacı-qardaşlarımızdan zənginlərə kimi. Allah sizi və ailənizi qorusun. Bu çətin günlərdə bir çox dovlət qurumları bizə dəstək oldular, təşəkkür edirəm. Var olun. Və bu çətin günlərdə bəzi insanlar, xüsusi olaraq, "jurnalistlər", xaricdə yaşayan özlərini bloqer adlandıranlar da öz fikirlərini söylədilər. Amma bu barədə mən gələn videoda danışacağam. Hələlik isə bir daha çox sağ olun. Var olun, Allah millətimizi, xalqımızı və ölkəmizi qorusun", - deyə o qeyd edib.