Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı diqqətçəkən 44 rəqəmi - Həmin gün nə baş verib?

Türkiyə Milli Müdafiə Nazirliyi hərbi yük təyyarəsinin qəzası ilə bağlı açıqlama verib.

Nov 13, 2025 - 16:14
Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı diqqətçəkən 44 rəqəmi - Həmin gün nə baş verib?

SAVASHMEDİA.az xəbər verir ki, nazirliyin açıqlamasında qəza günü nələrin baş verdiyi sadalanıb.

Nazirlik bildirib ki, təyyarə Gəncəyə şəxsi heyəti və texniki xidmət avadanlıqlarını gətirmək üçün uçub:

“Noyabrın 11-də Hərbi Hava Qüvvələri Komandanlığının 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığına məxsus, quyruq nömrəsi 68-1609 olan “C-130E”model nəqliyyat təyyarəmiz saat 09:02-də Kayseridən havaya qalxıb və 11:06-da Azərbaycanın Gəncə şəhərinə təhlükəsiz şəkildə eniş edib. 

Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən “F-16”larımızın, 10 nəfərlik texniki xidmət qrupumuzun və təyyarə texniki xidmət avadanlıqlarımızın gətirilməsi məqsədilə saat 13:15-də Gəncədən 20 şəxsi heyətimizlə 5-ci Əsas Reaktiv Baza Komandanlığına (Merzifon) doğru yola çıxıb.

Havaya qalxdıqdan bir müddət sonra, saat 13:50-də Tbilisi Hava Hərəkəti İdarəsi ilə sonuncu dəfə radio əlaqə qurulub. Həmin saatdan sonra təyyarəmizlə radio və radar əlaqəsi kəsilib. Qarşılığında Tiflis Hava Hərəkətinə Nəzarət İdarəsinin növbəti zəngləri də cavabsız qalıb.

Saat 14:34-də TUAF 543 çağrı kodlu təyyarəmizin hələ də naməlum olan səbəbdən Tbilisinin cənubunda -Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması barədə məlumat verilib”.

Diqqətçəkən məqam isə odur ki, təyyarə ilə sonuncu radioəlaqə saat 13:50-də qurulub, saat 14:34-də, düz 44 dəqiqə sonra isə təyyarə qəzaya uğrayır.

Qeyd edək ki, qəza nəticəsində 20 hərbçi şəhid olub. Ötən gün təyyarənin qara qutusu tapılaraq Türkiyəyə aparılıb. Bu gün isə sonuncu hərbçinin də nəşi aşkarlanıb və axtarışlar dayandırılıb.

Banu