Azərbaycanda icra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Azərbaycanda icra başçılarının nə qədər əməkhaqqı alması həmişə maraq doğurub.

Nov 13, 2025 - 15:47
Azərbaycanda icra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

SAVASHMEDİA.az-ın xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı paylaşım edib.

O, icra başçılarının aylıq maaşlarının rəhbərlik etdikləri rayonların əhalisinin sayına görə dəyişdiyini diqqətə çatdırıb.

Beləliklə, kim nə qədər maaş alır?

Bakı şəhər icra başçısı – 7650 manat

Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat

Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)

Əhalisi 50–100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)

Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)

Natiq Cəfərlinin sözlərinə görə, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP-a üzvlük haqqı tutulur.

Natiq Cəfərli bildirib ki, icra başçılarının maaşları 1 mart 2022-ci ildən artırılıb. Həmin tarixdən onların əsas maaşına 1,5 misli əlavə tətbiq olunur. Məsələn, 2022-ci ilə qədər Bakı şəhər icra başçısının maaşı cəmi 3060 manat idi:

“Məsələn, Xızı rayonunun icra başçısı 2012-ci ildən bu vəzifədədir. 2012–2022-ci illər arasında bütün tutulmalardan sonra ayda təxminən 1700 manat maaş alırdı. Hazırda isə bu məbləğ 3000 manat civarındadır. Amma sual yaranır: həmin şəxs bu gəlirlə necə dolanıb? Yaşadığı ev, sürdüyü avtomobil bu maaşa uyğundurmu?”

N.Cəfərli vurğulayıb ki, söhbət təkcə Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni suallar meydana çıxır. 

Oğuz