Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar Bakının Sulutəpə, Qobu və Hökməli qəsəbələrinin bəzi hissələrinin su təchizatında fasilə yaranacaq.

Nov 4, 2025 - 18:51
Sabah Bakının bu ərazilərində su olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata əsasən, sabah saat 08:00-dan axşam saatlarınadək su verilişində məhdudiyyətlər tətbiq ediləcək.