Sabah qaz kəsiləcək – Bu ərazilərdə

Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.

Jan 20, 2026 - 23:22
Sabah qaz kəsiləcək – Bu ərazilərdə

SAVASHMEDİA.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, yanvarın 21-də saat 10:30-dan 11:30-dək Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad kəndlərində təmir bərpa işləri ilə əlaqədar olaraq 2 179 abonentin qaz verilişində məhdudiyyət olacaq.