"Azəriqaz"ın direktor müavininin bacanağına AĞIR CƏZA verildi

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Bayram Mətləb oğlu Aslanov və Rəşad Cavad oğlu Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Nov 4, 2025 - 18:39
"Azəriqaz"ın direktor müavininin bacanağına AĞIR CƏZA verildi

SAVASHMEDİA.az xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Bayram Aslanov 8 il, Rəşad Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci maddələri üzrə cinayət işi açılıb.

Cinayət işində 3 nəfər - Şirin Tapdıq oğlu Abdullayev, Rasim Bəyoğlan oğlu Şıxıyev və Emin Faiq oğlu Quliyev zərərçəkmiş qismində tanınıblar.

Həbs edilənlərdən Bayram Aslanov "Azəriqaz"ın direktor müavini Cahid Hüseynovun bacanağıdır. (Oxu.az)