"Bu cüvəllağının cibində yüzlərlə maaş kartı olurdu" - Mehdiyevin köməkçisi ilə bağlı ŞOK İDDİA
Milli Məclisin sabiq deputatı Etibar Əliyev Ramiz Mehdiyevin həbs olunmuş köməkçisi Eldar Əmirovla bağlı paylaşım edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, keçmiş köməkçinin ayda 100 min manatdan çox vəsaiti necə mənimsədiyindən yazıb:
"AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Bu cüvəllağının cibində leviafan Ramiz Mehdiyevin AMEA-nın kitabxanası, institutları və digər strukturlarına 100-lərlə "ölü can" kimi işə götürdüyü adamların əməkhaqqı kartı olub. "Bala Ramiz" ayda təxminən 100.000 manatdan çox vəsaiti həmin kartlardan çəkirmiş".
Oğuz