Məhkəmə Şahin Sıxlinski ilə bağlı qərar verdi

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətinin uzadılması barədə vəsatətini təmin edib. 

Sep 24, 2025 - 15:04
Məhkəmə Şahin Sıxlinski ilə bağlı qərar verdi

SAVASHMEDİA.az xəbər verir ki, onun həbs müddəti 30 dekabr 2025-ci il tarixinədək uzadılıb.

Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində Moskvada saxlanılıb. Qeyri-rəsmi məlumata görə, o, guya Azərbaycan səfirliyində gizlənirmiş. İlkin məlumata əsasən, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Şıxlinski isə özünü təqsirli saymadığını bildirir.