Arvadını öldürüb, polisə təslim oldu - Lənkəranda
Lənkəranda qadın qətlə yetirilib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
1995-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.