Tanınmış xanım jurnalist 11 bıçaq zərbəsi aldı, reanimasiyadadır - TƏBİB-dən AÇIQLAMA
"Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə Qambayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb".
SAVASHMEDİA.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.
Qeyd edək ki, L.Qambayeva "Şirvan şəhər mərkəzi xəstəxanası" PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
O, bildirib ki, xəsarət ana şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.
Jurnalist xanımın 11 bıçaq yarası aldığı bildirilir. Onun həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq.