TƏBİB əməkdaşını vuran keçmiş əri imiş - Hadisə yerindən qaçıb + FOTO
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızını bıçaqlayan şəxs keçmiş həyat yoldaşıdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib.
O qeyd edib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Fotoda Lamiyə Qanbayeva
Mövzu ilə əlaqəli yazının linki: https://savashmedia.az/taninmis-xanim-jurnalist-11-bicaq-zerbesi-aldi-reanimasiyadadir-tebib-den-aciqlama